Meksikada koronavirusdan ölənlərin sayı 50 mini ötdü.
Gülər Seymurqızı 08/08/2020

Meksikada son sutka ərzində koronavirusa yoluxanların sayı 6 717 nəfərdir.
Xeberburo xəbər verir ki , son 24 saatda 794 nəfər vəfat edib. Beləliklə, koronavirus qurbanlarının sayı 51 311-ə çatıb.
Meksikanın tibb müəssisələrində 104 710 nəfərin müalicəsi davam etdirilir.
Ölkədə bugünədək ümumilikdə 469,407 nəfər virusa yoluxub, 313,386 nəfər isə virusdan sağalıb.