Milli Məclis sədri və vitse-spikerlər tibbi maska taxsınlar - Deputat məsələ qaldırdı
Esed Abasli 17/04/2020

“Milli Məclisin sədri, sədrin birinci müavini və vitse-spikerlər tibbi maska taxsın”.
Xəbərburo-ın məlumatına görə, bunu Milli Məclisin iclasında deputat Aydın Mirzəzadə deyib.
“Dünyanın bir çox ölkəsində rəhbər şəxslər koronavirusdan qorunmaq üçün tibbi maska taxırlar”, - deyə o əlavə edib.