NATO bu ölkəyə 1200 əsgər yerləşdirir
Esed Abasli 06/03/2022

Slovakiyada NATO-nun 1 200 əsgəri yerləşdiriləcək.
Bu barədə "Pravda” qəzeti məlumat yayıb.
Bununla yanaşı, ölkəyə 1 milyard avro dəyərində hərbi texnikanın göndəriləcək.
Məqsəd Ukrayna hadisələri ilə əlaqədar NATO-nun şərq hissəsi ölkələrinin təhlükəsizliyinin gücləndirilməsidir.
Bundan əlavə, Slovakiyada Almaniya və Niderlandın "Patriot” hava hücumundan müdafiə sistemlərinin yerləşdirilməsi planlaşdırılır. NATO hərbçiləri ölkədə kibertəhlükəsizliyin təmin edilməsinə cəlb olunacaqlar.