Naxçıvanda Türkiyə-Azərbaycan birgə təlimlərinin məşqlərindən
Aynur 05/10/2021

Azərbaycan və Türkiyə hərbçilərinin Naxçıvanda keçiriləcək birgə “Sarsılmaz Qardaşlıq-2021” təlimlərinin məşqləri uğurla həyata keçirilib.
“XəbərBüro” xəbər verir ki, bu barədə məlumatı Türkiyənin Milli Müdafiə Nazirliyi öz tviter hesabında paylaşıb.
“3-cü Ordu Komandanlığımızın və Azərbaycanın Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun iştirakı ilə Naxçıvanda keçiriləcək “Sarsılmaz Qardaşlıq-2021” təliminin məşqləri uğurla həyata keçirildi”, - deyə məlumatda qeyd olunub.