Ombudsman yaralı hərbçilərə baş çəkib
Məmmədzadə Zərintac 16/07/2020

İnsan Hüquqları üzrə Müvəkkil Səbinə Əliyeva Tovuz rayonu istiqamətində baş verən döyüşlərdə yaralanmış hərbçilərə baş çəkib.
“Xəbərburo" xəbər verir ki, S. Əliyeva erməni qoşunlarının Tovuz rayonu istiqamətində təxribatları və ağır artilleriya hücumları səbəbindən yaralanmış Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının sağlamlıq vəziyyətini monitorinq edib.