Pakistanda birja binasına hücum..
Leyla Aliyeva 29/06/2020

Pakistanda Fond Birjasının binasına terrorçuların hücumu nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb.
"Xəbərburo" bildirir ki, “Report” “RİA Novosti”yə istinadən verdiyi məlumatı yerli “Geo News” kanalı yayıb.
4 gözətçi, 1 polis əməkdaşı həyatını itirib.
Silahlılar hücumdan əvvəl binanın giriş qapısını qumbara ilə partladıblar.