Pakistanda sel nəticəsində ölənlərin sayı artır.
Aynur 11/09/2021

Pakistanın Pəncab vilayətində şiddətli yağışların səbəb olduğu təbii fəlakət və qəzalar nəticəsində ölənlərin sayı yeddiyə yüksəlib.
“XəbərBüro” xarici KİV-ə istinadən xəbər verir ki, onlar tavanların çökməsi və elektrik cərəyanı vurması nəticəsində həyatlarını itiriblər.
Bildirilib ki, ölənlərdən dördü uşaqdır. 30-dan çox insan isə yaralanıb.
Pəncapda elektrik enerjisinin verilişdə problemlər yaranıb, bəzi yerlərdə nəqliyyat dayanma nöqtəsinə çatıb. İctimai nəqliyyatın işi ləngiyib.
Vilayət üzrə axtarış-xilasetmə işləri davam edir.
Pakistanda sel üç uşağın ölümünə səbəb oldu, 30 yaralı
Qeyd edək ki, dünən Lahorda yağış səbəbindən bir evin tavanı çöküb, nəticədə, üç uşaq ölüb.