Polşa koronavirus tədbirlərini sərtləşdirmək istəyir
Məmmədzadə Zərintac 04/11/2020

Polşa hökuməti pandemiya ilə mübarizə tədbirlərini sərtləşdirmək istəyir.
"XəbərBuro" xəbər verir ki, bu haqda PAP məlumat yayıb.
Ölkənin baş naziri Mateuş Moravetskinin dediklərinə görə, 7 noyabrdan Polşada teatr, muzey və kinoteatrlar fəaliyyətdə olmayacaq.
Habelə, bəzi mağazalar və qalereyalar da bağlanacaq, otellər yalnız ezamiyyətdə olanlar üçün işləyəcək.
Baş nazir məktəblərin genişləndirilmiş distansion rejimdə ən azı 29 noyabra kimi fəaliyyət göstərəcəyini bildirib.