Qanında dopinq aşkarlanan idmançıların medalları onlardan alınacaq
Məmmədzadə Zərintac 15/08/2020

Artıq qanında dopinq tapılmış azərbaycanlı idmançıların ölkə çempionatında əldə etdikləri medallar onlardan alınacaq. "XəbərBuro" xəbər verir ki, bu hissə-hissə ediləcək.
Azərbaycan Milli Anti-Dopinq Agentliyinin fəaliyyətindən etibarən ölkəmizin 60-a yaxın idmançısı dopinqdən istifadəyə yaxud da, test verməkdən imtinaya görə cəzalandırılıb.