Qırğızıstanda məscidlər açıldı
Esed Abasli 08/06/2020

Qırğızıstanda koronavirusla əlaqədar martın 21-dən qapadılan məscidlər yenidən dindarların istifadəsi üçün açılıb.
"XəbərBuro" “Anadolu” agentliyinə istinadən xəbər verir ki, göstərişə əsasən, məscidə daxil olan insanların hərarəti ölçüləcək, onlara tibbi maska paylanılacaq.
Camaat namazları qılınarkən isə dindarlar arasında azı 1,5 metr sosial məsafə gözlənilməlidir.
Qırğızıstanın baş müftisi Maksatbek Toktomuşev verilən qərara görə hökumətə öz minnətdarlığını bildirib.