Qubada yaşlı kişi süni göldə batıb
Məmmədzadə Zərintac 25/07/2020

Quba rayonunun Vəlvələ kəndində 66 yaşlı Quliyev Surəddin Heydər oğlu süni göldə batıb.
"Qafqazinfo"ya əsasən "XəbərBuro" xəbər verir ki, Fövqəladə Halalr Nazirliyindən olan məlumata görə, Quliyev Surəddin Heydər oğlunun axtarışları yekunlaşıb.
S.Quliyevin meyitini Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu taparaq göldən çıxarıb və aidiyyəti üzrə təhvil verib.