Reanimasiyadakı xəstələrin sayı açıqlandı
Məmmədzadə Zərintac 22/08/2020

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusa dair 22 avqust üçün statistik göstəriciləri açıqlayıb.
"XəbərBuro" xəbər verir ki, məlumata görə ölkədə 1 748 nəfər aktiv koronavirus xəstəsi var.
Onlardan 179 nəfər reanimasiyada və 24 nəfər süni tənəffüs cihazındadır.
Ümumilikdə 35 105 nəfər virusa yoluxub, 32 842 nəfər sağalıb.
Bu gün 6 557 test edilib.