Rusiya “Avroviziya” müsabiqəsindən kənarlaşdırılıb

İsazadə Mükafat 25/02/2022

Rusiya bu il “Avroviziya” mahnı müsabiqəsində iştirak edə bilməyəcək.


“XəbərBüro " “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə müsabiqənin təşkilatçıları bildiriblər.


Xatırladaq ki, fevralın 24-də Ukraynanın milli teleradio şirkəti hər il “Avroviziya” musiqi yarışmasını təşkil edən Avropa Yayım Birliyinə (EBU) müraciət edərək Rusiyanın müsabiqədə iştirakına qadağa qoyulmasını xahiş etmişdi.


Qeyd edək ki, bu il “Avroviziya” mahnı müsabiqəsi İtaliyanın Turin şəhərində keçiriləcək.