Rusiyada COVİD-19 peyvəndi könüllü olacaq

Məmmədzadə Zərintac 25/07/2020

Rusiyada koronavirus peyvəndi könüllü olacaq.

“XəbərBuro"  xəbər verir ki, bununla bağlı  Rusiyanın Səhiyyə naziri Mixail Muraşko deyib.

“Peyvənd könüllü olacaq, ancaq biz əhalinin marağının böyük olduğunu görürürk. Biz peyvəndi mərhələli şəkildə, əvvəlcədən qərar verilən qruplara – tibb işçilərinə tətbiq etməyi nəzərdə tuturuq”, -  nazir söyləyib.

Muraşko qeyd edib ki, hazırda Qamaley mərkəzinin hazırladığı peyvəndin sınaq mərhələsi yekunlaşdırılır. “Vektor” mərkəzi onun kliniki təcrübədən keçirilməsi üçün icazə alacaq.