Rusiyada son sutkada 4852 nəfərdə COVİD-19 aşkarlanıb
Məmmədzadə Zərintac 23/08/2020

Rusiyada son sutkada daha 4 852 nəfərdə COVİD-19 aşkarlanıb və 73 nəfər ölüb. “XəbərBuro” xəbər verir ki, bu haqda “worldometers.info” saytında bildirilib.
Ölkədə xəstələnənlərin sayı 956 749-a, virus qurbanlarının sayı isə 16 383-ə yüksəlib.
İndiyə kimi 770 639 xəstə sağalıb. Ölkədə 169 727 aktiv koronavirus xəstəsi var və onlardan 2 300-nün vəziyyəti ağırdır.