“Sabah” “Qəbələ”yə də qalib gəldi
Röya Vahabova 10/08/2020

Növbəti mövsümə hazırlığı davam etdirən “Sabah”la “Qəbələ” bu gün yoxlama oyununda üz-üzə gəlib.
"Xəbərburo" bildirir ki, bu komandalar arasındakı görüş “Bank Respublika Arena”da baş tutub.
Qarşılaşma paytaxt təmsilçisinin inamlı qələbəsiylə yekunlaşıb.
Yoxlama matçı
10 avqust
Sabah – Qəbələ 2:0
Qollar: Abbas Ağazadə, 41. Məhəmməd Mirzəbəyov, 66.
Masazır. “Bank Respublika Arena”.