Salyanda yol qəzasında bir nəfər ağır yaralandı
Svetlana Mirzəyeva 30/08/2020

Salyan rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
“XəbərBuro"-nun məlumatına görə, yol qəzasında 1987-ci il təvəllüdlü Kərimov Elvin Cavanşir oğlu ağır bədən xəsarətləri alıb.
Yaralı əvvəlcə rayon xəstəxanasına, vəziyyəti ağır olduğu üçün Bakıda yerləşən xəstəxanaların birinə gətirilib.
Müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub. Yaralının vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.