Samsung yeni Galaxy Fold modelinin təqdimatını təsdiqlədi (VİDEO)

Röya Vahabova 20/07/2020

Son bir neçə gün ərzində insayderlər gələn ay baş tutacaq Galaxy Unpacked 2020 tədbirində yeni qatlana bilən Galaxy Fold modelinin təqdim olunub-olunmayacağı barəsində fikir ayrılıqlarına sahib olublar. İndi isə Samsung şirkəti bu barədə rəsmi məlumat verib. Belə ki, şirkətin Twitter hesabında yeni qatlana bilən smartfonun təqdimatını təsdiqləyən tizer videosu təqdim edilib.

 "Xəbərburo" bildirir ki, bu barədə Sammobile saytı xəbər verib


Təqdim olunmuş videoda damcıdan yaranmış kəpənək əks olunub. Sözügedən animasiya videosunun başlığında 5 avqust tarixi qeyd olunub. Qeyd etmək lazımdır ki, birinci Galaxy Fold-un promosunda da kəpənək əks olunmuşdu. Bu isə o deməkdir ki, şirkətin təqdim etdiyi video məhz Galaxy Fold seriyasının yeni modelinə aiddir. Əvvəlki məlumat sızıntılarına əsasən yeni Galaxy Fold modelinin birinci versiyadan əsas fərqi xarici ekranın ölçüsündə olacaq.