Səudiyyə Ərəbistanında qar yağıb
Mükafat İsazadə 19/02/2021

Səudiyyə Ərəbistanına qar yağıb.
"XəbərBüro" məlumat verir ki, ölkənin şimalında dağlıq Cəbbəl-əl-Laus rayonunun sakinləri gələcəkdə ərazini qış idmanı kurortlarından birinə çevriləcəyini istisna etmirlər.
Subtropik və tropik iqlim qurşağında yerləşən Səudiyyə Ərəbistanına ardıcıl bir neçə ildir ki, qar yağır.