Son 12 saat ərzində baş verənləri bir yazıda topladıq

10/10/2020

20 dəqiqə sonra humanitar atəşkəsin 12 saatı tamam olacaq. Bu 12 saat ərzində baş verənləri bir yazıda topladıq: -12:06 Ermənistan tərəf atəşkəsi pozmağa başladı. Hücumlar cavabsız qalmayacaq. MN -Düşmənin daha bir zirehli tank bölməsi darmadağın edildi. MN -Düşmənin növbəti artilleriya qurğuları məhv edilib. MN - Ermənistan tərəfinin guya Qafanın bölmələrimiz tərəfindən raket atəşinə tutulması, ölən və yaralananların olması barədə yaydığı məlumat yalandır və düşmənin növbəti təxribatıdır. MN - Tərtər və Ağdam düşmən tərəfindən atəşə tutulur. MN -Atəşkəs rejimi Ermənistan tərəfindən kobudcasına pozulur -Bu gün saat 12:00-da atəşkəs elan olunması barədə razılıq əldə edilməsinə baxmayaraq Ermənistan ordusu cəbhənin Ağdərə-Tərtər və Füzuli-Cəbrayıl istiqamətlərində hücuma keçməyə cəhd göstərib. Eyni zamanda bir sıra yaşayış məntəqələrimiz Ermənistan silahlı qüvvələri tərəfindən artilleriya atəşinə məruz qalır. Düşmənin bütün hücum cəhdlərinin qarşısı bölmələrimiz tərəfindən uğurla alınıb. Ermənistan ordusuna qarşı adekvat cavab tədbirləri görülür. MN -Atəşkəs rejimini pozan düşmənin zirehli texnikası məhv edilib. MN -Atəşkəs rejimini qəsdən pozan düşmənin artilleriya bölməsi məhv edilib.MN -Düşmənin döyüşə hazır vəziyyətə gətirilən zenit-raket kompleksləri məhv edilib.MN -Döyüş toqquşması nəticədə düşmənin 38 nəfər canlı qüvvəsi, 2 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, 7 ədəd topu və sursatla dolu 2 yük maşını məhv edilib. MN - Düşmən Ağdam rayonu ərazisini atəşə tutur. Humanitar atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan silahlı qüvvələri Ağdam rayonu ərazisini atəşə tutur. - Ağdamın atəşə tutulması nəticəsində mülki şəxs 1974-cü il təvəllüdlü Çəmənli kənd sakini Hüseynov Gündüz Taryel oğlu həlak olub. - Düşmən Tərtər şəhərini atəşə tutur. Humanitar atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan silahlı qüvvələri oktyabrın 10-u saat 22.30-dan başlayaraq Tərtər şəhərini artilleriya atəşinə tutur. - Xankəndində yenidən partlayış səsləri eşidilib. Mənbə: RİA - 23:33 #İDDİA Xankəndi və Şuşa ərazisində həyəcan siqnalı verilir. © Azadlıq Radiosu