"Space"də proqram yayımı 3 saat dayandırılır
Məmmədzadə Zərintac 04/08/2020

Milli Televiziya və Radio Şurasının videoformatda iclası keçirilib.
"XəbərBuro" xəbər verir ki, iclasda 20 – 31 iyulda ümum-ölkə televiziya kanallarının monitorinqinin nəticələri müzakirə edilib.
23 iyulda “Space” televiziya kanalının efirində saat 19.00 – 20.00 arası müddətdə 20 dəqiqə 48 saniyə reklam yayımlanması ilə “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanununun 35.7-ci maddəsinin tələbləri pozulub.
Şura bu Qanunun 23.1-ci maddəsini rəhbər tutaraq “Space” televiziya kanalının efirində 10 avqustda proqramların yayımının 3 saatlıq müddətədək (saat 08:00-dan saat 11:00-dək) dayandırılması haqqında qərar qəbul edib.