Təhsil Nazirliyindən məktəblərdə dərslərin sayının artırılması ilə bağlı AÇIQLAMA
Esed Abasli 20/02/2021

Təhsil Nazirliyi məktəbdə keçirilən dərslərin sayının artırılması ilə bağlı məlumat yayıb.
Bu barədə Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov məlumat verib. O bildirib ki, dərs cədvəli məktəb səviyyəsində tərtib edilir:
“Bu zaman V – IX siniflərdə əyani dərslərin həftədə iki dəfə keçirilməsi nəzərdə tutulmaqla, dərslərin sayı normativi aşmadan müəyyən edilir”.