Trent Aleksander-Arnold mövsümün ən yaxşı gənc futbolçusu seçilib
Məmmədzadə Zərintac 15/08/2020

İngiltərə Premyer Liqasında keçən mövsümün ən yaxşı gənc futbolçusu müəyyənləşib.
“Qafqazinfo”ya əsasən "XəbərBuro" xəbər verir ki, “Liverpul”un müdafiəçisi Trent Aleksander-Arnold bu mükafata layiq görülüb.
Gənc futbolçu keçən mövsüm çempionatda keçirdiyi 38 oyunda 4 qol vurub, 13 məhsuldar ötürmə edib.