“TurAz Şahini - 2021” təlimlərindən
Aynur 08/09/2021

“TurAz Şahini - 2021” birgə taktiki-uçuş təlimlərində Azərbaycan və Türkiyə HHQ-nin aviasiya vasitələri təlim planına əsasən təyin olunan hündürlükdə marşrut üzrə birgə uçuş tapşırıqlarını yerinə yetiriblər.
“XəbərBüro” Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, tapşırığın senarisinə uyğun olaraq şərti düşmənin hava hücumundan müdafiə vasitələrinə, yerüstü hədəflərinə zərbələr endirmə və onun qırıcılarından yayınma manevrləri hərbi təyyarəçilər tərəfindən uğurla icra edilib.