Türkiyə ordusunun 3 əsgəri şəhid olub
Məmmədzadə Zərintac 11/09/2020

Van şəhərinin Çatak rayonunda Türkiyə ordusunun 3 hərbçisi şəhid olub.
“XəbərBuro" xəbər verir ki, “Yıldırım-10 Norduz” terror əleyhinə əməliyyat zamanı 1 jandarma kapitanı, 2 jandarma çavuşu həlak olub, 1 jandarma podpolkovniki isə yaralanıb.
Əməliyyat zamanı 3 terrorçu məhv edilib.