Türkiyə Silahlı Qüvvələri İraqda 4 terrorçunu zərərsizləşdirib
Esed Abasli 13/02/2022

İraqın şimalında "Pençe Şimşək" əməliyyatı zonasında PKK-nın 4 terrorçusu zərərsizləşdirilib.
Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirlik bildirib ki, terrorçular artilleriya zərbələri ilə zərərsizləşdirilib.
Türkiyə Silahlı Qüvvələri terrora qarşı mübarizəni davam etdirir.