Türkiyədə COVİD-19-dan 56 nəfər ölüb
Məmmədzadə Zərintac 11/09/2020

Türkiyədə son sutka ərzində koronavirusdan 56 nəfər ölüb və 1671 nəfər virusa yoluxub.
“XəbərBuro” xəbər verir ki, Ölkədə pandemiyadan ölənlərin sayı 6 951-ə, yoluxanların sayı isə 288 126-ya yüksəlib. Son 24 saatda 1117 nəfər sağalaraq xəstəxanadan evə buraxılıb.
Ümumilikdə sağalan xəstə sayı 256 524-ə çatıb.