Türkiyədə daha bir zəlzələ
Esed Abasli 27/12/2020

Türkiyənin Muğla əyalətində 4,2 maqnitudalı zəlzələ olub.
“XəbərBüro” Türkiyə mətbuatına istinadən xəbər verir ki, yeraltı təkanlar Bakı vaxtı ilə saat 11:13-də qeydə alınıb. Zəlzələnin episentri Dalaman rayonundan 16,87 kilometr aralıqda, ocağı isə 6,72 kilometr dərinlikdə yerləşib.
Daha əvvəl Türkiyənin şərqində 6,4 maqnitudalı zəlzələ qeydə alınmışdı.