Türkiyədə fabrikdə partlayış: Ölən və yaralananlar var
Mükafat İsazadə 20/02/2021

Türkiyənin Bursa şəhərinin İnegöl rayonunda mebel fabrikində partlayış baş verib. Hadisə nəticəsində bir nəfər həlak olub, altı nəfər yaralanıb.
"XəbərBüro" "Haber Global" a istinadən məlumat verir ki, hadisə buxar qazanının partlaması nəticəsində baş verib.
Yaxınlıqdakı xəstəxanalara yerləşdirilən yaralananlardan dördünün vəziyyəti ağır qiymətləndirilir.
Hadisənin səbəbləri araşdırılır.