Türkiyədə koronavirusdan 82 nəfər vəfat edib
Mükafat İsazadə 19/02/2021

Tükiyədə son sutka ərzində koronavirusdan ölənlərin sayı 82 nəfər olub.
“XəbərBüro" "Haber Global" a istinadən xəbər verir ki, fevralın 19-da ölkə üzrə alınmış 116 674 COVID-19 testindən 7 419-unun cavabı müsbət çıxıb.
Son 24 saat ərzində Türkiyədə 7 498 nəfər virusdan sağalıb ki, bununla da indiyədək sağalanların ümumi sayı 2 511 548 nəfərə yüksəlib.
Qeyd olunur ki, hazırda ölkə xəstəxanalarında 1185 ağır koronavirus xəstəsi var.