Türkiyədə son sutka ərzində 14 nəfər koronavirusdan dünyasını dəyişib
Röya Vahabova 10/08/2020

Türkiyədə son sutka ərzində daha 1 193 nəfərdə koronavirus aşkarlanıb, 14 nəfər isə dünyasını dəyişib.
“Xəbərburo” bildirir ki, bununla da ölkədə virusa yoluxanların sayı 241 997-yə, ölənlərin sayı isə 5 858-ə yüksəlib.
Son sutka ərzində 1 211 xəstə sağalıb. İndiyədək sağalanların sayı 224 970 nəfərdir.