Türkiyədə son sutkada COVİD-19-dan 44 nəfər dünyasını dəyişib
Məmmədzadə Zərintac 31/08/2020

Türkiyədə son sutka ərzində pandemiyadan 44 nəfər ölüb və 1587 nəfər virusa yoluxub.
“XəbərBuro” xəbər verir ki, beləliklə ölkədə koronavirusdan ölənlərin sayı 6370-ə, yoluxanların sayı isə 270 133-ə çatıb. Son 24 saat ərzində 1087 nəfər sağalaraq xəstəxanadan evə buraxılıb.
Ümumilikdə sağalan xəstə sayı 244 926 olub.