Türkiyədə son sutkada koronavirusdan 36 nəfər ölüb
Məmmədzadə Zərintac 28/08/2020

Türkiyədə son sutkada COVİD-19-dan 36 nəfər ölüb və 1517 nəfər pandemiyaya yoluxub.
“XəbərBuro” xəbər verir ki, ölkədə koronavirusdan ölənlərin sayı 6245-ə, yoluxanların sayı isə 265 515-ə çatıb. Son 24 saat ərzində 1017 nəfər sağalaraq xəstəxanadan evə buraxılıb.
Ümumilikdə sağalan xəstə sayı 241 809 nəfər olub.