Türkiyədə təhsil alan azərbaycanlı tələbə ölü tapıldı - FOTO
Aynur 10/09/2021

Türkiyədə təhsil alan azərbaycanlı tələbə tikinti sahəsində asılı vəziyyətdə tapılıb.
Belə ki, 2 il öncə Azərbaycandan Türkiyəyə köçən Azərbaycan vətəndaşı Ümid Can İzmir şəhərində Buca Atatürk Liseyinin ikinci kurs tələbəsi olub.
2005-ci il təvəllüdlü yeniyetmə sentyabrın 3-də restoranda nahar etmək adı ilə evdən çıxıb və bir daha geri qayıtmayıb.
Türkiyə hüquq-mühafizə orqanları əməkdaşlarının apardığı əməliyyat axtarış tədbirləri nəticəsində Ümid Can sentyabrın 9-da səhər saatlarında Kızıltəpə yaxınlığındakı tikinti sahəsində asılmış vəziyyətdə tapılıb.
Yeniyetmənin cənazəsi bu gün səhər saatlarında Bakıya gətirilib.