Türkiyədə xəstələrin sayı artır
Məmmədzadə Zərintac 30/08/2020

Türkiyədə son sutkada daha 1 482 nəfərdə koronavirus aşkarlanıb və 42 nəfər ölüb.
“XəbərBuro” xəbər verir ki, bu haqda ölkənin Səhiyyə naziri Fəxrəddin Qoca söyləyib.
Ölkədə virusa yoluxanların sayı 268 546-ya, ölənlərin sayı isə 6 326-ya yüksəlib.
Son sutkada 1 027 xəstə sağalıb. İndiyə kimi sağalanların sayı 243 839 nəfərdir.
Statistikanı açıqlayan nazir deyib ki, ölkədə ağır koronaviruslu xəstələrin sayı artmaqdadır: “Bu vəziyyət itirdiyimiz canların sayını da artırır”.