Ukraynada müxalifətçilərdən ibarət avtobus atəşə tutulub
Məmmədzadə Zərintac 27/08/2020

Kiyev-Xarkov şossesində içərisində “Vətənpərvərlər – Həyat naminə” ictimai hərəkatının üzvlərinin olduğu mikroavtobus atəşə tutulub.
“XəbərBuro" xəbər verir ki, bu haqda ukrayna Radasının deputatı İlya Kiva özünün feysbuk səhifəsində yazıb. Qeyd edib ki, hücum vaxtı 2 nəfər ölüb, 1 nəfər yaralanıb və şəxsiyyətləri hələlik bilinməyən bir neçə nəfər girov götürülüb. Silahlı hücumun “Azov” batalyonunun nümayəndələrinin etdikləri bildirilir.
Polis fakta dair araşdırmalar aparır.