Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir

Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar olaraq Gənclərin İnkişaf və Karyera Mərkəzinin Tovuz nümayəndəliyinin təşkilatçılığı, Tovuz Heydər Əliyev Mərkəzinin və Tovuz Rayon Gənclər və İdman İdarəsinin tərəfdaşlığı ilə dəyirmi masa təşkil edilmişdir.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin büstünü ziyarət edərək ehtiramlarını bildirmişlər. Daha sonra Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən kitab və jurnallarla tanış olmuş, bu fəaliyyəti özündə əks etdirən guşəyə baxış keçirilmiş, Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən sənədli film nümayiş etdirilmişdir.
Tədbirin sonunda Heydər Əliyev irsinin öyrənilməsi və təbliği üçün işlərin daha da genişləndirilməsinin vacibliyi qeyd edildi.