Velosipedçi qəzada ölüb
Məmmədzadə Zərintac 28/07/2020

Bakıda yol-nəqliyyat hadisəsi baş verib.
“XəbərBuro" xəbər verir ki, dünən Binəqədi qəsəbəsi ərazisində Ağsu rayon sakini T.Zeynalov idarə etdiyi “VAZ-2106” markalı avtomobillə velosiped sürən Abşeron rayon sakini R.Şəfiyevi vurub.
Bu səbəbdən velosipedçi aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Binəqədi RPİ araşdırmaları davam etdirir.