Xanlar Qurbanov dünyasını dəyişib

Svetlana Mirzəyeva 08/08/2020

Azərbaycan idman ictimaiyyətinə itki üz verib. 

"XəbərBuro"-nun məlumatına görə, Azərbaycan Milli İdman Növləri Assosiasiyasının prezidenti, professor Xanlar Qurbanov dünyasını dəyişib. 

X.Qurbanov SSRİ İdman ustası, Respublikanın Əməkdar Məşqçisi, Beynəlxalq dərəcəli hakim, , Olimpiya Akademiyasının vitse-prezidenti, Avropa Beynəlxalq Zorxana Konfederasiyasının I vitse-prezidenti, “Tərəqqi” medalının sahibi, Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi, pedaqoji elmlər üzrə fəlsəfə doktoru idi.

Allah rəhmət eləsin