Yazıçılar Birliyinin qurultayı Şuşada keçiriləcək.
Aynur 30/08/2021

Yazıçılar Birliyinin növbəti qurultayı Şuşada keçirilə bilər.
"XəbərBüro" xəbər verir ki, bu təşəbbüslə yazıçı Anar Prezident İlham Əliyevlə Şuşada görüşündə çıxış edib.
Dövlət başçısı Anarın təşəbbüsünü müsbət qarşılayıb: "Bəli, keçirin. Burada qurultayı keçirmək üçün yer də var".
Anar isə öz növbəsində xaricdən qonaqların da olacağını bildirib və Prezidentə təşəbbüsü müsbət qarşıladığı üçün təşəkkür edib.