Yeniyetmə Kürdə batıb
Məmmədzadə Zərintac 21/07/2020

Kür çayının Sabirabad rayonu, Əsgərbəyli kəndi ərazisindən keçən hissəsində 15 yaşlı Hüseynov Teymur Məmməd oğlu batıb.
“Xəbərburo" xəbər verir ki, T.Hüseynovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu taparaq çaydan çıxarıblar və aidiyyəti üzrə təhvil veriblər.