Yerevan meri keçmiş müavininə qarşı ittiham irəli sürdü
Svetlana Mirzəyeva 01/08/2020

Ermənistanın paytaxtı Yerevanın merinin keçmiş müavini Vaqe Nikoyana və meriyanın tabeliyindəki şirkətin sabiq direktoru Qevork Akopyana qarşı ittiham irəli sürülüb.
“XəbərBuro” xəbər verir ki, bu barədə “NEWS.am”a Xüsusi İstintaq Xidmətində bildirilib.
Qeyd edilir ki, Nikoyana və Akopyana qarşı ittihamlar bir cinayət işi çərçivəsində irəli sürülüb. Lakin söhbətin hansı cinayət işindən getdiyi açıqlanmır. Müstəntiq onların həbsi haqqında vəsatət qaldırıb.
Xüsusi İstintaq Xidmətində həmçinin bildiriblər ki, yaxın vaxtlarda ittihamlar üzrə əlavə məlumat yayılacaq.