Zelenski Donbasda ölən hərbçilərin sayını açıqladı
Esed Abasli 06/04/2021

Ukrayna Prezidenti Vladimir Zelenski 2020-ci ilin iyulunda Donbasda atəşkəs elan ediləndən bəri 28 Ukrayna hərbçisinin öldüyünü bildirib.
"XəbərBüro" "Qafqazinfo”-a istinadən xəbər verir ki, bu barədə o, Tvitter səhifəsində yazıb. Zelenski bildirib ki, ölən hərbçilərdən 24-ü bu il həlak olub.
"Atəşkəs rejimi dövründə atışmalar səbəbindən Donbasda 28 hərbçi ölüb. Onlardan 24-ü bu il həlak olub. Təkcə martın 26-dan indiyədək 8 hərbçimizi itirmişik. Müharibənin hər günü bizə Ukraynanın gələcəyini qurmalı olan cəsur, vətənpərvər insanların həyatına başa gəlir”.