Zığ yolunda avtobus yandı
Svetlana Mirzəyeva 13/08/2020

Bu gün saat 07:00 radələrində "Çinar-Trans" MMC-yə məxsus 99 JK 763 (Dövlət Qeydiyyat Nişanlı) sərnişin avtobusunda yanğın hadisəsi olub.
Bu barədə “XəbərBuro” Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir.
Məlumata görə, hadisə avtobus Zığ yolu-Hava limanı istiqamətində hərəkətdə olan zaman baş verib.
Yanğın vaxtı avtobus müntəzəm və ya ekspres marşrut xətti üzrə fəaliyyətdə olmayıb. Sürücü tək olub və o, hər hansı bir xəsarət almayıb.